"Bolt" yeni xidmətini təqdim edir -
"Bolt" yeni xidmətini təqdim edir -
Homepage   /    business   /    "Bolt" yeni xidmətini təqdim edir -

"Bolt" yeni xidmətini təqdim edir -

🕒︎ 2025-11-03

Copyright metbuat

Bolt yeni xidmətini təqdim edir -

"Bolt" taksi sifarişi platformasında yeni kateqoriya - "özəl sürücü" yaradılıb. Bəs bu kateqoriyanın fərqləri nədir? "Bolt"dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müştərilərin dəyişən ehtiyaclarını qarşılamaq məqsədilə “Planlaşdırılmış Səfərlər” (Scheduled Rides) üçün "Özəl sürücü" (Chauffeur Business Class, Chauffeur First Class, Chauffeur XL Class) kateqoriyası sınaqdan keçirilir: "Azərbaycanda müştərilərimizə yüksək keyfiyyətli taksi xidməti təqdim etməyə sadiqik və tətbiqdə yeni kateqoriyaları, məhsulları və xüsusiyyətləri sınaqdan keçirmək bu məqsədə çatmağın yollarından biridir. Bu yeni kateqoriyalar müştərilərə daha rahat, lüks və fərdi xidmət təcrübəsi təqdim etmək məqsədi daşıyır. Daha geniş avtomobil seçimi, yüksək səviyyəli sürücü xidməti və qabaqcadan planlaşdırma imkanı sayəsində istifadəçilər həm gündəlik, həm də xüsusi səfərlər üçün daha rahat səyahət edə biləcəklər". Şirkətin açıqlamasında qeyd olunub ki, sınaq mərhələsi başa çatdıqdan sonra ətraflı məlumat paylaşılacaq. Sevinc İbrahimzadə / Metbuat.az

Guess You Like